Azərbaycanın ilk milli televiziya kanalı AzTV-də kriptovalyutaların tənzimlənməsi mövzusu müzakirə edilib. 24-25 noyabr tarixlərində Bakıda keçirilən “VI Beynəlxalq Bankçılıq Forumu”-da ilk dəfə olaraq dövlət tənzimləyici orqanı və nüfuzlu maliyyə təşkilatlarının iştirakı ilə rəqəmsal aktivlər və kriptovalyutaların tənzimlənməsi mövzunda yerli və xarici ekspertlərlə müzakirələr aparılıb. AzTV-nin “İqtisadiyyat xəbərləri” verilişində 25 noyabrda rəqəmsal aktivlər üzrə risklər, Azərbaycanda kriptovalyutalara hüquqi statusun verilməsi və bunun ehtimal edilən nəticələri ilə bağlı süjet təqdim edilib.
