Futbol əfsanəsi Cristiano Ronaldo məşhur kriptovalyuta birjası olan Binance ilə partnyorluq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən Ronaldo ilk NFT kolleksiyasını Binance ilə birgə təqdim edəcək. CR7 NFT kolleksiyası Binance NFT platformasında satışa çıxarılacaq və birja istifadəçiləri Binance Pay-dən istifadə edərək kolleksiyalar ala biləcəklər. Futbolçunun ilk NFT kolleksiyası noyabrın 18-də satışa çıxarılıb və dörd nadir səviyyəli yeddi cizgi heykəli təqdim edilib: Super Super Rare (SSR), Super Rare (SR), Rare (R), Normal (N).
Cristiano Ronaldo: “Pərəstişkarlarım üçün yaddaqalan və unikal bir şey yaratmağımız mənim üçün vacib idi, çünki onlar mənim uğurumun böyük bir hissəsidir. Binance ilə mən nəinki oyuna olan həvəsi çatdıra bildim, həm də illərlə dəstəyinə görə azarkeşləri mükafatlandıra bilim.”

