Kriptovalyuta birjası Crypto.com “FIFA 2022”-nin rəsmi sponsorudu. FİFA-nın açıqlamasına əsasən 21 noyabr – 18 dekabr tarixlərində Qətərda keçirilən futbol üzrə dünya çempionatında crypto.com loqosu matçlarının keçiriləcəyi stadionlarda görüntülənəcək. Məlum olduğu kimi, Qətərdə kriptovalyuta ticarətinə qadağa qoyulub ancaq bu, crypto.com birjasının orada potensial müştərilər axtarmasına mane olmayacaq.
2016-cı ildə qurulan crypto.com hazırda 10 milyondan çox müştəriyə xidmət göstərir və Amerika, Avropa və Asiyadakı ofislərində 400-dən çox işçi çalışır. Dünyanın ən sürətlə böyüyən kriptovalyuta platforması olan Crypto.com təhlükəsizlik, məxfilik və uyğunluq prinsipləri üzərində qurulub. Crypto.com dünyada ISO/IEC 27701:2019, ISO 22301:2019, ISO 27001:2013 və PCI DSS 3.2.1 səviyyə 1 tələblərinə cavab verən ilk kriptovalyuta şirkətidir.





