Coca-Cola şirkəti kriptovalyuta birjası Crypto.com ilə birlikdə 2022 FIFA Dünya Çempionatına həsr olunmuş Piece of Magic adlı NFT kolleksiyasını buraxdı. “Piece of Magic” seriyası, rəssam GMUNK-un Qatarda keçirilən Dünya Kuboku matçlarının möhtəşəm anlarını lentə aldığı 10.000 unikal tokendən ibarətdir. Bu səbəbdən NFT-lər ilk növbədə futbolsevərlərin marağına səbəb olacaq. “Piece of Magic” kolleksiyasına iki NFT kolleksiyası daxildir: Match Daу və Commemorative. Match Daу tokenini əldə etmək üçün Coca-Cola saytında qeydiyyatdan keçməli, vauçer kodunu tapmalı və onu Crupto.com saytında aktivləşdirmək lazımdır. Commemorative tokenləri isə veb-saytda e-poçt ünvanlarını daxil etmiş müştərilərin mübadiləsi üçün buraxılır. Proqramın qaydaları haqqında ətraflı məlumat Coca-Cola portalında göstərilmişdir. Piece of Magic tokenləri OpenSea platformasında satmaq mümkün olacaq.


