JPMorgan: Amerikalıların 13%-i kriptovalyutalara investisiya edib

Dünyanın nüfuzlu maliyyə holdinqlərindən biri olan JPMorgan Chase tərəfindən aparılan yeni araşdırmaya əsasən ABŞ sakinlərinin 13%-i (43 milyon) kriptovalyutalara investisiya edib. “The Dynamics and Demographics of U.S. Household Crypto-Asset Use” adlı hesabatda qeyd edilir ki, ABŞ sakinləri arasında kripto-investorların sayı 2020-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. JPMorgan analitikləri bu məlumatları bankın müştərilərinin maliyyə əməliyyatlarını təhlil etdikdən sonra əldə ediblər. 5 milyon müştəri hesabı üzrərindən aparılan analizin nəticəsinə əsasən 600.000-dən çox insan 2020-2022-ci illər arasında kriptovalyuta almaq üçün vəsait köçürüb.

Hesabatda qeyd edilir ki, rəqəmsal aktivlərin qiymətinin ən yüksək olduğu zamanı kriptovalyuta sektoruna yeni daxil olanların marağı daha çox artmaqdadır. Eyni zamanda, kriptovalyuta birjalarına vəsait mədaxili birjadan vəsait məxaricini üstələyir, bu da investorların aktivlərini saxlamağa davam etməsi deməkdir. 2022-ci ilin əvvəlində dəyişdi – kriptovalyuta bazarının düşməsi kriptovalyuta birjalarından vəsaitlərin nəzərəçarpacaq dərəcədə çıxarılmasına səbəb oldu amma bu o demək deyil ki, investorlardan kriptovalyuta sektorundan çıxırlar.

Gənc kişilər arasında kriptovalyutalara investisiya qoyuluşunun populyarlığı əhəmiyyətli dərəcədə yüksəkdir – 26-41 yaş arası kişi amerikalıların 26%-i rəqəmsal aktivlərə investisiya qoyub. Eyni yaş qrupunda olan qadınlar arasında isə bu göstərici cəmi 12% təşkil edir. Yaşlı nəslin investorlarına gəlincə, onlar kriptovalyutaları çox da sevmirlər. Məsələn, yaşlı amerikalıların (58-77 yaş arası) yalnız 5%-i rəqəmsal aktivlərə investisiya edib. Kriptovalyuta sahiblərinin təxminən 15%-i bir aydan çox olan əmək haqqı məbləğini kriptovalyutaya yatırıb.

Leave a Reply