İtaliya Mərkəzi Bankı (Banca d’İtalia) Milan Katolik Universitetinin (CETIF) Texnologiya, İnnovasiya və Maliyyə üzrə Araşdırma Mərkəzi ilə birlikdə Algorand blokçeyninə əsaslanan “Rəqəmsal qarantiyalar” açıq platformasının hazırlanmasına başlayıb. Bu platforma ölkənin bank və sığorta bazarlarının ehtiyaclarına xidmət edəcək. 2021-ci ildə 50-dən çox sığortaçı rəqəmsal zəmanət üçün DLT paylanmış reyestr texnologiyasından istifadə etmişdir. 4 ay ərzində 10.000 avrodan 1,4 milyon avroya qədər məbləğdə olan 350-dən çox qarantiya müqaviləsi bağlanıb. Pilot layihə göstərdi ki, blokçeyn texnologiyasından və paylanmış reyestrdən istifadə emal edilmiş əməliyyatların sayından asılı olaraq fırıldaqçılığın təxminən 30%-ə, əməliyyat xərclərinin isə 10%-dən 50%-ə qədər azalmasına səbəb ola bilər. Yeni platformanın 2023-cü ilin əvvəlində fəaliyyətə başlaması gözlənilir və ilk dəfə Avropa İttifaqı dövlətləri içərisində İtaliya bank və sığorta qarantiyaarı üçün blokçeyn texnologiyasından istifadə etməyə icazə verəcək.

