ABŞ-ın keçmiş prezidenti Donald Tramp 45000 tokendən ibarət NFT kolleksiyası buraxdı. NFT kolleksiyası dekabrın 15-də Polуgon blokçeynində buraxıldı. “Collect Trump Cards” adlanan kolleksiya illüstrator Clark Mitchell tərəfindən çəkilən şəkillərindən ibarətdir. Kolleksiyada Trampın müxtəlif şəraitdə və geyimdə olan şəkillər yer alacaq. NFT-nin qiyməti 99 dollara olacaq. Hər bir NFT alıcısı Trampla şam yeməyi, bir saatlıq qolf oyunu, birbaşa telefon zəngi və “digər möhtəşəm hədiyyələr” daxil olmaqla, uduş tirajına qatılacaq. Bundan əlavə, 45 NFT alan hər bir iştirakçı “qala şam yeməyinə” dəvət olunacaq. Püşkatmada iştirak etmək üçün alıcının yaşı 18-dən yuxarı olmalı və ABŞ-ın 50 ştatından birində yaşamalıdır.
“Bu əla Milad hədiyyəsidir, ona görə də gecikməyin, onlar tezliklə satılacaq” – D.Tramp özünün Truth Social hesabında yazıb.


