2022-ci ilin ən innovativ ölkələri

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization) və Beynəlxalq Biznes Məktəbi (INSEAD) “Global Innovation Index 2022” analitik hesabatını təqdim edib. Bu indeks dünyada baş verən ən son qlobal innovasiya tendensiyalarını təhlil edir və 132 ölkənin iqtisadiyyatının innovativ fəaliyyətinin effektivliyinin qiymətləndirir. İndeks üzrə ölkələrin yekun reytinqi iki əsas faktor əsasında hesablanır: innovasiya resursları (qurumlar, insan kapitalı və elm, infrastruktur, bazar və biznesin inkişafı) və innovasiya nəticələri (texnologiyanın və bilik iqtisadiyyatının inkişafı, yaradıcı fəaliyyətin nəticələri). 2022-ci ildə dünyanın ən innovativ ölkəsi 12 ildir ki, ardıcıl seçilən İsveçrədir. Növbəti yerləri ABŞ, İsveç, İngiltərə, Niderland tutub.

“Top 10” ən innovativ ölkələr:

Qlobal innovasiya indeksində bir tələbəyə düşən dövlət maliyyəsi, elmi-tədqiqat müəssisələrinin keyfiyyəti, siyasi sabitlik və təhlükəsizlik, ölkədə biznes qurmağın asanlığı, innovativ texnologiyaların iqtisadiyyatda tətbiqi, yerli bazarda rəqabətin intensivliyi, birbaşa xarici investisiyaların xalis axını, insan kapitalının inkişafının göstəriciləri və s göstəricilər nəzərə alınır. Reytinq üzrə Yaponiya 13, Rusiya 47, Türkiyə 37, İran 53, Moldava 56, Ukrayna 57, Gürcüstan 74, Azərbaycan isə 93-cü yerdə qərarlaşıb.

Müəllif:  Elnur Quliyev / Birgə İnvest / Layihələr üzrə baş menecer

Leave a Reply