Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yaxın gələcəkdə rəqəmsal valyutaların dollar və avro kimi qlobal valyutaları əvəz edəcəyi ilə bağlı öz twitter hesabında post paylaşıb. O, hesab edir ki, Bretton Woods pul-kredit tənzimlənməsi sisteminin çökməsi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi aparıcı maliyyə institutlarının dağılmasına səbəb ola bilər. Bununla da, dünyanın iki aparıcı fiat valyutası olan avro və dollar qlobal ehtiyat valyutaları kimi dominant mövqelərini itirə bilər və bu, rəqəmsal kriptovalyutaların geniş istifadə ediləcəyi ilə nəticələnəcək.

