Rəqəmsal ödənişlər ekosistemində yaranan qlobal trendlər zaman keçdikcə ənənəvi və elektron ödənişləri kölgədə qoymaqda davam edir. Beynəlxalq Ödənişlər Sisteminin hesabatlarına əsasən, son 2 ildə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda da elektron ödənişlər ekosistemi inkişaf etməkdədir. Bu ekosistemə töhvə verən layihələrdən biri də “m10” mobil tətbiqidir. Bu araşdırmada “m10” nədir, necə istifadə etmək olar və hansı üstünlükləri var qısa məlumat verəcəm.
“m10” tətbiqi ödəniş xidmətləri təchizatçısı olan PashaPay MMC-nin təqdim etdiyi yeni elektron pul cüzdanı layihəsidir. m10 tətbiqi ilə bütün ödənişləri və ya köçürmələri rahat, təhlükəsiz və “0” faiz komissiya ilə həyata keçirmək mümkündür. m10-u fərqləndirən əsas cəhət bank hesabı açmadan elektron cüzdanının balansını artırmaq, ödənişlər etmək və pul köçürmək olar.
m10-da qeydiyyat proseduru: mobil tətbiqi “Google Play” və ya “App Store”-dan smartfona endirmək və yalnız mobil nömrənizi qeyd etməklə qeydiyyatdan keçmək lazımdır.

Balansı artırmaq: mobil tətbiqi yüklədikdən sonra “Balansı artırmaq” düyməsini seçərək bank kartı və ya Millli ÖN vasitəsilə vəsait yükləmək olar. “m10” elektron cüzdanına daxil edilmiş vəsaitlər PashaPay MMC-nin bank hesabında saxlanılır və vəsaitlərin təhlükəsizliyi üçün şirkət tam məsuliyyət daşıyır. Yəni, balansda olan vəsait bankdakı depozit kimi sığorta sisitemi ilə təmin edilməyib. Elektron ödəniş sistemi xidməti lisenziyalaşmış fəaliyyət olmadığı üçün Mərkəzi Bank tərəfindən tənzimlənmir.
m10 (e wallet) elektron pul cüzdanının əsas üstünlükləri:
- kart məlumatlarını elektron cüzdana daxil etməyə ehtiyac yoxdur;
- komissiyasız pul köçürmələri;
- komissiaysız nağdalşdırma imkanı;
- ölkədaxili sürətli pul köçürmək;
- komunal ödənişləri 2% cash back ilə ödəmək;
- QR kodla ödəniş;
- balansdakı vəsaiti bütün Kapital Bank bankomatlarından nağdlaşdırmaq.
Qeyd: Bravo marketlər şəbəkəsində alış-verişini m10 ilə etmək və ya m10 tətbiqindəki mobil rabitə, kommunal, internet, kabel TV və cərimə ödənişlərini etməklə lotoreya iştirak hüququ əldə edirsiz. Alış-veriş və ödəniş məbləği ən azı 10 AZN olmalıdır. Hər 10 ₼-lıq əməliyyat hər dəfə 1 şans qazandırır.
Elektron pul cüzdanının istifadə qaydaları haqqında daha ətraflı məlumatı m10.az portalından əldə edə bilərsiz.


Müəllif: Elnur Quliyev