CoinATMradar.com-ın 31.12.2022 tarixinə olan məlumatına əsasən dünyada 38.602 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 78.1%-də kriptovalyutaları yalnız almaq, 21.9%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 100%-i Bitcoin, 63%-i Litecoin, 57%-i Ethereum, 39% Dogecoin, 34%-i Bitcoin Cash, 19%-i Zcash, 18%-i Tether (USDT) 16%-i Dash dəstəkləyir.

Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 33947, Kanada- 2649, İspaniya-272, Avstraliya- 225, Polşa-222, Salvador-212, Isveçrə-155, Rumıniya-151, Avstriya-126, Almaniya-97, İtaliya- 81 və s.
Kripto bankomantların dünyada illər üzrə sayı:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2.028 ədəd
- 2018-ci il – 4.109 ədəd
- 2019-cu il – 6.387 ədəd
- 2020-ci il – 13.661 ədəd
- 2021-ci il – 34.062 ədəd
- 2022-ci il – 38.602 ədəd
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Məlumat üçün qeyd edək ki, ilk bitcoin bankomat 2013-cü il 29 oktyabr tarixində Kanadanın Vankuver şəhərində yerləşən “Waves Coffee House” kafedə istifadəyə verilib. İkinci bitcoin-ATM isə 2013-ci il noyabr ayında Slovakiyanın Bratislava şəhərində quraşdırılıb. ABŞ-da ilk bankomat 18 fevral 2014-cü ildə Nyu Meksiko ştatının Albukerke şəhərində istifadəyə verilib.

Müəllif: Elnur Quliyev
