Bitinfocharts.com analitik portalı 02.02.2023 tarixinə balansında bitcoin sayı göstərilən BTC-cüzdanlar (bitcoin wallet) barədə statistik məlumat dərc edib. Hazırda mövcud olan 34.5 milyon BTC-cüzdan arasında balansına görə ən iri 5 BTC-cüzdandan 2-si Binance birjasına məxsusdur.
- 250.597 BTC: 34xp4vRoCGJym3xR7yCVPFHoCNxv4Twseo – Binance
- 168.010 BTC: bc1qgdjqv0av3q56jvd82tkdjpy7gdp9ut8tlqmgrpmv24sq90ecnvqqjwvw97 – Bitfinex
- 127.351 BTC: 3JJmF63ifcamPLiAmLgG96RA599yNtY3EQ – Binance
- 124.348 BTC: 1LQoWist8KkaUXSPKZHNvEyfrEkPHzSsCd
- 94.643 BTC: bc1qazcm763858nkj2dj986etajv6wquslv8uxwczt
Ümumilikdə statistika əsasən balansında ən azı 1 dollar dəyərində bitcoin elektron cüzdanların sayı artıb. Balansında 10.000.000 dollar olan 3800 cüzdan var.

Balansında ən azı 1 bitcoin olan 978244 BTC-cüzdan var. Bu, indiyə qədər olan ən rekord göstəricidir. Bundan əlavə, hazırda balansında ən azı 1000 bitcoin olan 2039 cüzdan mövcuddur.

Müəllif: Elnur Quliyev
