İndoneziyada ilk milli kriptovalyuta birjası yaradılır

İndoneziyada 2023-cü ildə ilk milli kriptovalyuta birjası yaradılacaq. Bu barədə yanvarın 4-ü İdoneziyanın Əmtəə Fyuçersləri Ticarətini Tənzimləyən Agentliyinin (Bappebti) rəhbəri Didid Noordiatmoko bildirib. Onun sözlərinə görə bu addım 2022-ci ilin dekabrında başlanmış geniş maliyyə islahatının bir hissəsidir. Maliyyə Sektorunun İnkişafı və Gücləndirilməsi Qanunu (P2SK) dekabrın 15-də İndoneziya Nümayəndələr Palatası tərəfindən ratifikasiya edilib. Bu qanun maliyyə xidmətləri sektorunda əsas hüquqi sənəddir. Yeni qanuna əsasən kriptovalyuta əməliyyatlarına nəzarəti Maliyyə Xidmətləri Təşkilatı (FSA) həyata keçirəcək.

İdoneziyanın Maliyyə Nazirliyinin maliyyə və risklərin idarə edilməsi şöbəsinin rəhbəri Suminto Sastrosuvito: “Faktiki olaraq, kripto aktivlər investisiya alətlərinə çevrilib, ona görə də digər maliyyə və investisiya alətləri ilə bərabər tənzimlənməlidirlər”.

Leave a Reply