İtaliya peşəkar futbol liqasının A Seriyasının lideri, Napoli futbol klubu və Koreyanın fintech şirkəti Dunamu Inc. ilə partnyorluq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən klubun oyunçularının formlarında Upbit kriptovalyuta birjasının loqotipi olacaq. Bundan əlavə, birjanın loqosu Neapoldakı Dieqo Armando Maradona stadionunun ətrafındakı reklam lövhələrində yerləşdiriləcək.
