Web 3.0 nədir?

    Web 3 – blokçeyn texnologiyasına əsaslanan yeni nəsil internet konsepsiyasıdır. Bu konsepsiya sistemlər, istifadəçilər və cihazlar arasında mərkəzləşdirilməmiş qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. Başqa sözlə, Web3 – istifadəçi məlumatlarının Google, Amazon, Facebook və Apple kimi böyük korporasiyaların tərəfində deyil, mərkəzləşdirilməmiş verilənlər bazalarında saxlandığı internetdir. Öncədən qeyd edim ki, Web 3.0-ın nə olduğunu başa düşmək üçün onun digər versiyalarını (Web 1.0 və Web 2.0) başa düşməlisiniz:

  • Web 1.0  90-cı illərdən 2000-ci illərə qədər olan dövrdə insanların istifadə etdiyi internetin ilkin versiyasıdır. Sosial şəbəkələr yox idi. İnsanlar sadəcə informasiya saytlarına daxil olaraq məlumatlar əldə edə bilirdilər.
  • Web 2.0 isə internetin növbəti versiyasıdır. İnsanlar təkcə məlumatları oxumaq üçün deyil, həm də istifadəçi məzmunu ilə qarşılıqlı əlaqə qurmaq üçün istifadə etdilər. Sosial şəbəkələr və elektron ticarət ortaya çıxdı.

Internet yeni versiyası – web3 rəqəqmsal valyutalarla birbaşa əlaqəyə malikdir, çünki bu, yeni protokollar dəstidir. Bu protokollar isə mərkəzsizləşdirməyə əsaslanır. Bununla da, istifadəçilər şəxsi məlumatları daha sərbəst idarə edə, eləcə də hansı məlumatı xidmətlərlə paylaşacaqlarına qərar verə biləcəklər. Blockchain texnologiyası rəqəmsal bir varlığa sahib olmaq hüququnu nəzərdə tutur.

       Sadə bir misal üzərindən izah edim. İnstagram və facebook-un sahibi Meta şirkəti hazırda istənilən istifadəçisinin hesabını bloklaşdıra və ya silə bilərsə, Web 3-ə keçdikdən sonra bu, mümkün olmayacaq. Verilənlər bazası çoxlu sayda xüsusi qovşaqlarda saxlanılacaq. Hazırda serverlər iri şirkətlərə məxsus olduğu üçün veb resurslarda senzura qalmaqdadır. Senzura faktoru və internetdə məlumatların saxlanmasının etibarsızlığı mərkəzləşdirilmiş Web 2.0-nin əsas çatışmamazlığıdır.

Web 3.0-ın əsas xüsusiyyətləri:

  • eyni zamanda hər yerdə olmaq bacarığı. Bu, internet hər kəs üçün əlçatan edir. Web3 ilə proqramlar istənilən sistemdə işləyəcək, yəni istifadəçilər artıq provayderlərin qərarından asılı olmayacaqlar.
  • süni intellekt. maşınlar emosiyaları və məlumat toplusu ilə ötürülən məlumatın mənasını tanıya biləcəklər. Süni intellektin köməyi ilə orijinalı saxtadan ayırmaq daha rahat olacaq.
  • tətbiqlərdə yeganə tənzimləmənin olmaması. Bu, daha az senzura daha çox söz azadlığı deməkdir.
  • kompüterlər şəbəkədə irihəcmli məlumatı daha sürətli və dəqiq təhlil edəcəklər. Web 3 istifadə məlumatların təhlili vasitəsilə mənanı deşifrə etməyə kömək edəcək.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply