BlackRock bitcoin-i investisiya fonduna əlavə etdi

ABŞ-ın ən böyük investisiya nəhənglərindən biri olan BlackRock bazar kapitallaşmasına görə dünyanın ən böyük rəqəmsal valyutası bitcoin-i investisiya aktivi kimi “BlackRock Global Allocation Fund”-na əlavə edib. Bununla da, şirkət xüsusilə məhdud elit müştəri dairəsi üçün kripto aktivlərinə investisiya etmək imkanı verəcək. BlackRock coinbase birjası ilə əməkdaşlıq edəcək. BlackRock investisiya şirkəti olaraq hazırda təxminən 15 trilyon dollarlıq aktivləri idarə edir.

Leave a Reply