USDT əməliyyat həcminə görə Visa və Mastercard-ı keçdi

USDT stabilkoin emitenti Tether 2022-ci ildə 18,2 trilyon dollar dəyərində əməliyyatları icra edib və ənənəvi ödəniş sistemləri Visa və Mastercard-dan üstün olub. Bu məlumat Tether-in rəsmi twitter hesabında dərc olunub. Makroiqtisadi çətinliklərin təsiri altında yerli fiat valyutalarının sürətlə ucuzlaşdığı ölkələrdə stabilkoinlərin populyarlığı 2022-ci ildə xüsusilə yüksək olub. Ödəniş nəhəngi Visa 2022-ci ildə 14,1 trilyon dollarlıq əməliyyatlar həyata keçirib, rəqibi Mastercard isə 7,7 trilyon dollarlıq əməliyyat icra edib.

Leave a Reply