Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən beynəlxalq makroiqtisadi strategiyalarını araşdıran “Roubini Global Economics”-in rəhbəri Nouriel Roubini kriptovalyuta sənayesi ilə bağlı neqativ fikirlər bildirib. Nyu York Universitetinin professoru Nouriel Roubini kriptovalyutaların 99%-ni fırıldaqçılıq və piramida sxemləri adlandırıb. O hesab edir ki, bir çox investorlar bitcoin-i 20.000-dən 69.000 dollara qalxdığı zaman onu şişirdilmiş qiymətə alıblar. Digər altkoinlər də 90-95% dəyər itirib. Bu səbəbdən professor insanlara kriptovalyutalardan uzaq durmağı tövsiyə edib.
