Mastercard Braziliyada “Binance Card” təqdim etdi

Braziliyanın Mərkəzi Bankı tərəfindən tənzimlənən prosessinq mərkəzi Dock ənənəvi maliyyə xidmətlərini qlobal kriptovalyuta ekosistemi ilə inteqrasiya etmək üçün nəzərdə tutulmuş kriptovalyuta kartı olan “Binance Card”-ı təqdim etdi. Bunun üçün Binance birjası MasterCard ilə müqavilə bağlayıb. Birjanın Brazilayadakı müştəriləri üçün kriptovalyuta alışı və ödənişlərin aparılması daha da asanlaşacaq. Binance Card, alış zamanı kripto aktivləri real vaxt rejimində avtomatik olaraq fiat valyutasına çevirməlidir. İlkin mərhələdə kart balansı Braziliya realı, BNB, BUSD, USDT, BTC və ETH daxil olmaqla 14 aktivdə dəstəklənəcək.

Leave a Reply