Avropa İnvestisiya Bankı (AİB) 50 milyon funt sterliq dəyərində ilk rəqəmsal istiqraz buraxıb. AİB-in bu layihə üzrə tərəfdaşları kimi BNP Paribas, HSBC və RBC Capital Markets çıxış edir. Rəqəmsal istiqraz üzən faiz dərəcəsi ilə buraxılır. Klassik qiymətli kağızlardan fərqli olaraq, rəqəmsal istiqrazlar birgə investisiyalar və əməliyyat kapitalının idarə edilməsi üçün hissələrə bölünə bilər. İstiqraz rəqəmsal qiymətli kağızları buraxmaq, saxlamaq və köçürmək hüququnu əldə etmiş HSBC-nin özünün tokenləşdirmə platforması olan HSBC Orion-da saxlanılacaq.

