“TİPx 8: Uğurlu gələcək üçün” tələbə konfransı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən 24 fevral tarixində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçiriləcək. Konfransın keçirilməsində əsas məqsəd tələbələri düzgün karyera planlamasının əhəmiyyəti, əmək bazarı, müasir dövrün tələbləri, məşğulluq imkanları və digər mövzular barədə maarifləndirməkdir.

Tədbirdə əhatə olunacaq mövzuları və spikerlər:

  • Mövzu: “Mən 2.0”
  • Spiker: Anar Kərimov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
  • Mövzu: “Peşəkar Səriştələrin İnkişafının 5 Mərhələsi”
  • Spiker: Araz Paşayev –  Təhsil Tələbə Krediti Fondunun rəhbəri
  • Mövzu: “Rəqəmsal əsrdə gənclərin karyera imkanları”
  • Spiker: İnarə Vəliyeva – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri 
  • Mövzu: “Tələbələrin karyera qurmalarında universitetlərin rolu”
  • Spiker: Elmar Qasımov – Bakı Ali Neft Məktəbinin rektoru

Konfransa müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək. Son qeydiyyat tarixi: 21 fevral 2023-cü il.

Keçirilmə tarixi: 24 fevral, saat 15:00
Məkan: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 
Konfrans müddəti: 2 saat
Hədəf qrupu: Ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr

Leave a Reply