Mastercard və Bitso birjası Meksikada kripto kart təqdim etdilər

Latın Amerikasının aparıcı kriptovalyuta birjası Bitso, Meksikada kripto debet kartını istifadəyə vermək üçün Mastercard ilə əməkdaşlıq edəcək. Bu kartlarla Mastercard-ın qəbul edildiyi istənilən nöqtədə istifadə edilə bilər. Bitso birjası 2022-ci ilin noyabr ayında kriptovalyutalarla ödənişlər üçün debet kartların sınağını uğurla başa vurdu. Hazırda birja twitter-də 100.000 meksikalı istifadəçiyə kartlar təqdim etməyə hazır olduğunu elan etdi. Meksika ilə yanaşı, Bitso birjası ümumilikdə 6 milyondan çox istifadəçisi olan Argentina, Braziliya və Kolumbiyada fəaliyyət göstərir. Mastercard-ın Latın Amerikasında kriptovalyuta sektorunda digər tərəfdaşları Binance, Belo və Buenbit-dir.

Leave a Reply