ABŞ Senatının Bank Komitəsində keçirilən dinləmədə C.Bayden administrasiyasının keçmiş milli təhlükəsizlik (NSA) müşaviri Daleep Singh kriptovalyutaları əvəz etmək üçün rəqəmsal dollara ehtiyac olduğunu vurğulayıb. O, hesab edir ki, ABŞ-ın rəqəmsal dollar (CBDC) digər kriptovalyutaları bazardan sıxışdıracaq və ölkənin milli təhlükəsizliyini qoruyacaq. Daleep Singh öz bəyantın da qeyd edib ki, rəqəmsal dollrın ABŞ-ın iqtisadi proseslərində geniş şəkildə qəbulu, hökumətin “milli maraqları qorumaq və kriptovalyuta ekosistemini sıxışdırmaq üçün” atacağı ən yaxşı addım olar.
Daleep Singh-in mövqeyini tənqid edən senatorlar qeyd edirlər ki, rəqəqmsal dollar maliyyə əməliyyatlarında daha çox şəffaflıq və təhlükəsizlik təmin etməklə rəqəmsal aktivlərin qeyri-qanuni fəaliyyətlər üçün istifadə imkanlarını potensial olaraq azalda bilər, lakin buna baxmayaraq, Amerika vətəndaşlarının maliyyə kondfidensiallığına təsir göstərə bilər və gələcəkdə “təhlükəli nəzarət aləti”-nə çevrilə bilər. Bundan əlavə, indidən demək mümkün deyil ki, rəqəmsal dollar həqiqətənmi kriptovalyuta ekosistemini “bazar”-dan çıxaracaq və ya digər rəqəmsal valyutalarda olduğu kimi sadəcə onunla birlikdə istifadə ediləcək.
