Goldman Sachs: Bitcoin 2023-cü ilin ən yaxşı aktividi

ABŞ-ın aparıcı banklarından olan Goldman Sachs bitcoin-i 2023-cü ilin ən effektiv aktivi adlandırıb. Bank analitikləri bildirir ki, ilk kriptovalyuta gəlirlilik baxımından Nasdaq 100 və S&P 500 fond indekslərini, qızılı və digər investisiya aktivlərini üstələyib. 2022-ci ildən fərqli olaraq, 2023-cü il bitcoin üçün daha uğurlu olub. İlin əvvəlindən bitcin-in qiyməti 16.500 dollardan 28.400 dollara qədər yüksəliş göstərib. Üç aydan az müddətdə onun artımı 70% təşkil edib.

Goldman Sachs-ın analitikləri ilk kriptovalyutanın qiymətinin artmasını ABŞ Federal Ehtiyat Sisteminin (FES) monetar siyasətini yumşaltması ilə əlaqələndirir. FES-in ənənəvi bank sistemini xilas etmək üçün “Bankların Müddətli Maliyyələşdirmə Proqramı” (BTFP) bitcoin-in dəyər qazanmasını sürətləndirib.

Leave a Reply