Azərbaycan mediasında özünəməxsus yeri olan MediaPost TV-də son zamanlar dünyada və ölkəmizdə marağa səbəb olan alternativ maliyyələşmə mexanizmlərindən biri – İslam maliyyələşməsinin əsas prinsipləri, İslam bankçılıq modelinin Azərbaycanda inkişaf prespektivləri “Birgə İnvest” investisiya şirkətinin layihələr üzrə baş meneceri Elnur Quliyev ilə müzakirə edildi. Müzakirə MediaPost TV-nin iqtisadiyyat şöbəsinin redaktoru Aynur Qəniyeva ilə podkast promatında aparılıb.
MediaPost TV 2020-ci ildə təsis edilib. Platformanın əsas məqsədi müasir media alətlərindən maksimum faydalanaraq izləyiciləri üçün ölkədə və dünyada baş verən ən aktual hadisələr barədə operativ videosujetlər təqdim etməkdir.


