ABŞ və Avropadakı bank böhranının kriptovalyuta bazarına təsiri

       Bitcoin yanvar ayından başlayaraq 70%-dən çox dəyər qazanıb. Buna təsir edən əsas səbəblərdən biri ABŞ və Avropadakı bank böhranı olmuşdur. Hər şey ABŞ-ın banklarının (Silicon Valley Bank və Signature Bank) problemləri ilə başladı və aktivlərə görə İsveçrənin ikinci ən böyük bankı olan Credit Suisse-nin çöküşü ilə davam etdi. ABŞ-ın 16-cı ən iri bankı olan və əsasən startapların maliyyələşməsi üzrə ixtisaslaşan Silicon Valley Bank-ın iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ən böyük bank iflası oldu. Nəzərə almaq lazımdır ki, bankdakı depozitlərin 87%-i sığortalanmamışdı. ABŞ və İsveçrənin maliyyə tənzimləyiciləri bu vəziyyətdən çıxmaq üçün bank sektorunu əlavə likvdilklə təmin edəcəklərini bəyan ediblər. Maliyyə tənzimləyicilərinin “yumuşaq” siyasətləri və bazara daha çox pulun daxil olması investorları risklərə olan tələblərini azaltmağa və kriptovalyutalar da daxil olmaqla yeni texnologiyalara və digər riskli aktivlərə investisiya qoymağa təşviq edir. Bəzi ciddi investorlar öz vəsaitlərinin qorunması və mövcud vəziyyətdə daha da çox qazanmaq üçün bitcoin-ə investisiya ilə maraqlanmağa başlayıblar. Buna səbəb bitcoin-in son 3 ay ərzində digər ənənəvi aktivlər – qızıl, şirkət səhmləri, fond ideksləri və qiymətli metallardan daha yaxşı “performans” göstərməsi oldu. Hətta ABŞ-ın aparıcı investisiya banklarından olan Goldman Sachs analitikləri bitcoin-i 2023-cü ilin ən effektiv aktivi adlandırıb. Mövcud vəziyyət onu göstərir ki, kommersiya bankları öz müşətrilərinin kripto-investisiyalara artan tələbini nəzərə alaraq maliyyə tənzimləyicilərinə bu sahədə olan konservativ siyasətlərini “yumuşaltmağa” təzyiq edirlər.

   Lakin bu o demək deyil ki, bank sektrounda baş verən krizis bitcoin başda olmaqla digər kriptovalyutalar mütləq şəkildə dəyər qazanacaq. Bəli, ehtimal böyükdür amma reallıq fərqli ola bilər. Bu zaman 2 ssenari var:

  1. Maliyyə tənzimləyiciləri maliyyə bazarındakı “alovu” söndürmək üçün bazarı pulla doldururlar. Əslində bu, artıq baş verir. Bu ssenari kriptovalyuta üçün əlverişlidir. Bankların maliyyə vəziyyəti ilə bağlı narahatlıq və maliyyə bazarlarına likvidliyin axını  kriptovalyutaların qiymətlərini yüksəldəcək. Hesab edirəm ki, əgər bitcoin 28500 dollar olan dirənci qıra bilsə, o zaman 31000 dollara qədər dəyər qazanması qaçınılmaz olacaq.
  2. Bank böhranı böyüməyə davam edəcək. Belə görünür ki, bankların daha da çökməsi bitcoin-in dəyərinin daha da artmasına səbəb olacaq. Ancaq hər şey o qədər də sadə deyil. Əgər maliyyə sistemi daha da pisləşərsə, investorlar və maliyyə oyunçuları öz vəasitlərini “hər yerdən” çıxarmağa tələsəcəklər. Kriptovalyuta bazarı da həmçinin bundan zərər görəcək. Likvidlik çökərsə kriptovalyutalar da dəyər itirəcək. Sonradan bitcoin və digər kripto aktivlərin özünə gəlməsi daha bir neçə il ala bilər nəinki, ənənəvi aktivlər. Hazırkı məqamda əsas dəstək nöqtələri 26600 və 25200 dollardır. Əgər bu qiymətərdən aşagı düşsə biz yenidən 19000 dollara qədər enişi müşahidə edə bilərik.

Məlumat üçün qeyd edim ki, hazırda ABŞ hakimiyyətinin “əlində” müsadirə edilmiş 205.000-dən çox bitcoin var. Bu faktor onu göstərir ki, yaxın gələcəkdə ABŞ üçün ilk kriptovalyutanın qiymətinin artması olduqca maraqlıdı.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply