Məşhur fast food restoranlar şəbəkəsi Burger King-in Paris şəhərindəki filialları ödəniş vasitəsi kimi kritpovalyuta qəbul etməyə başlayıb. Burger King Paris filiallarında Alchemy Pay və Binance Pay tərəfindən dəstəklənən kripto ödənişlərini qəbul edən məşhur Instpower power bank icarə maşınlarını quraşdırıb.
Instpower – dünyanın aparıcı batareya doldurma xidmətidir və Binance Pay və Alchemy Pay ilə əməkdaşlıq edərək istifadəçilərinə dünya üzrə 14.000-dən çox yerdə Power Bank cihazları üçün kriptovalyutalar ilə ödəniş etməyə imkan verir. Alchemy Pay bizneslər, tərtibatçılar və istifadəçilər üçün kriptovalyutaları və qlobal fiat valyutalarını mükəmməl birləşdirən ödəniş təchizatçısıdır. Alchemy Pay on & off həlli, fiat valyutasından kriptovalyutaya asan keçidi təmin edən platformalar və mərkəzləşdirilməmiş tətbiqlərlə inteqrasiya olunub. Alchemy Pay Visa, Mastercard, Apple Pay, Google Pay istifadə edərək 173 ölkədən ödənişləri dəstəkləyir.

