Lixtenşteyn hökuməti vətəndaşlara dövlət xidmətlərini ödəmək üçün bitcoin-dən istifadə etməyə icazə verəcək. Bunu baş nazir Daniel Riş (Daniel Risch) deyib. Baş nazirin sözlərinə əsasən hökumət vətəndaşlardan kriptovalyuta qəbul edəcək və onu milli valyuta – isveçrə frankına dəyişdirəcək.
Daniel Riş: “Bitcoin ilə ödəmə variantı tezliklə mümkün olacaq.”

