Bazar kapitalizasiyasına görə ilk yerdə olan USDT stabilkoinin emitenti olan Tether Holdings Limited, 2023-cü ilin birinci rübü üçün maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən şirkətin xalis mənfəəti 1,48 milyard dollar təşkil edib. BDO Italia audit şirkətinin məlumatına görə, şirkətin ümumi aktivləri 81,8 milyard dollara çatıb, Tether-in ehtiyatlarının böyük hissəsi isə ABŞ Xəzinədarlıq veksellərindədir. Bundan əlavə, Tether 1,5 milyard dollar bitcoin ehtiyatına və 3,4 milyard dollar qızıl ehtiyatına malikdir ki, bu da ümumi aktivlərin təxminən 4%-ni təşkil edir.

