1785-ci ildə Tomas Ceffersonun təklifi ilə müstəqillik əldə etdikdən sonra, Amerika Birləşmiş Ştatlarının Konqresi ölkənin rəsmi valyutasının dollar olması barədə qərar qəbul etdi. Hazırda 100 dollar ən böyük məbləğli kupyuradır. Ancaq əvvəllər $500, $1000, $5000 və $10000 banknotlar mövcud idi və sonuncu dəfə belə banknotlar 1945-ci ildə buraxılıb. 1969-cu ildə isə 100 dollardan yuxarı bütün banknotların buraxılmaması barədə qadağa qoyulub. Ümumiyyətlə 1861-ci ildən başlayaraq buraxılan bütün banktnotlar hazırda heç bir məhdudiyyət olmadan qəbul edilir və tam nominal dəyərə sahibdirlər. Əslində isə dövriyyədə qalan bu banknotların demək olar ki, hamısı kolleksiyaçılardadır.
Hazırda istifadədə olan dollar banknotlar üzərində Amerikanın aşağıdakı tarixi şəxsiyyətlərinin şəkili təsvir olunub:
1 Dollar – George Washington / ABŞ-ın 1-ci prezidenti
2 Dollar – Thomas Jefferson / ABŞ-ın 3-cü prezidenti
5 Dollar – Abraham Lincoln / ABŞ-ın 16-cı prezidenti
10 Dollar – Alexander Hamilton / ABŞ-ın ilk maliyyə naziri
20 Dollar – Andrew Jackson / ABŞ-ın 7-ci prezidenti
50 Dollar – Ulysses Grant / ABŞ-ın 18-ci prezidenti
100 Dollar – Benjamin Franklin / ABŞ-ın banilərindən biri, siyasi nəzərriyəçi, alim.
İstifadədə olmayan əskinaslar:
500 Dollar – William McKinley / ABŞ-ın 25-ci prezidenti
1000 Dollar – Grover Cleveland / ABŞ-ın 22 və 24-cü prezidenti
5000 Dollar – James Madison / ABŞ-ın 4-cü prezidenti
10000 Dollar – Salmon Chase / Maliyyə naziri və Ali Məhkəmənin sədri
100000 Dollar – Woodrow Wilson / ABŞ-ın 28-ci prezidenti. Bu banknot ancaq ABŞ-ın Federal Ehtiyyatlar Sistemi-nin daxili hesablaşmaları üçün istifadə edilib və heç vaxt açıq dövriyyəyə buraxılmayıb.
Dollar haqqında maraqlı faktlar:
- Bir banknotun çəkisi onun dəyərindən asılı olmayaraq 1 qramdır;
- ABŞ dolları çap olunan kağız 25% kətan və 75% pambıqdan ibarətdir;
- “Dollar” sözü dünyanın 27 ölkəsində milli valyutaların adında istifadə olunur;
- 2 dollarlıq banknot ilk dəfə 1862-ci ildə yaradılıb və onun buraxılışı 1966-cı ildə dayandırılıb. On il sonra ABŞ-ın öz iki yüz illiyini bayram etməsi çərçivəsində onlar yenidən çap edildi. Bu kupyuralar kifayət qədər nadirdir – onlar bütün kağız valyutanın yalnız 1% təşkil edir;
-
Federal Ehtiyatlar Sisteminin məlumatına əsasən 1 dollar banknotunun orta ömrü təxminən 22 ay təşkil edir; 5 dollar – iki il; 10 dollar – üç il; 20 dollar – dörd; 50 – və 100-dollar doqquz il yaşayır. Qəpiklər daha çox uzunömürlüdür və təxminən 30 il yaşaya bilər;
- 1944-cu ildə Bretton Woods razılaşmasına (qızıl standart) əsasən 1 troya unsiyasının (31.1 qram) 35 dollara bəradbər edilməsi qərara alındı və bu 1971-cü ilə qədər davam etdi;
- 1929-cu ildən etibarən dollar yaşıl rəngdə buraxılmağa başlandı. Əsas səbəb isə yaşıl boyalar olduqca ucuz idi, yaşıl rəng xarici təsirlərə qarşı nisbətən davamlıdır və psixoloji baxımdan pula güvən və optimizm hissi verirdi;
- ABŞ-ın maliyyə naziri olmuş Salmon Chase təklifi ilə ilk dəfə 1864-cü ildə 2 sentlik dolların üzrəinə “İn God We Trust” (Biz Allaha inanırıq) yazılıb. Bu yazı kağız dollarda 1957-ci ildə çıxdı və 1963-cü ildən bu daim istifadə olunmağa başlandı;
- ABŞ pullarının üzərində rəsmi təsvir olunan yeganə qadın – Martha Washington. O ABŞ-ın ilk prezidentinin həyat yoldaşı olub və şəkili 1886, 1891 və 1896-cı illərin buraxılışı olan 1 dollar nominalında olan gümüş sertifikatın üzərində təsvir edilmişdi;
- 1864-cü ildə yaşayan prezidentlərin banknotların şəkillərində çap olunmasını qadağan edən qanun qəbul edildi;
- $ – dollar işarəsini ilk dəfə 1778-ci ildə amerikalı biznesmen Oliver Pollock kəşf edib.
Qeyd: Dünyada mövcud banknotların ümumi siyahısına bu link-də baxa bilərsiniz.
Müəllif: Elnur Quliyev
Bitcoin haqqında maraqlı faktlar
Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəbləri
Elnur Quliyev: Kriptovalyuta sektorunun tənzimlənməsi qaçılmazdır!
Arb24 TV-də kriptovalyuta müzakirəsi: İyul 2019
Arb24 TV-də kriptovalyuta müzakirəsi: Yanvar 2019
Arb24 TV-də kriptovalyuta müzakirəsi: Dekabr 2018
Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin