Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) və KOB Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) birgə təşkilatçılığı ilə 26 may – 1 iyun tarixlərində “International Business Festival 2023” biznes sərgisi baş tutacaq. Festivalın məqsədi, inşaat, qida, kənd təsərrüfatı və xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin, o cümlədən xarici iş adamlarının öz məhsul və xidmətlərini daha geniş kütləyə tanıtması, habelə B2B, B2C fürsətlərdən yararlanma imkanının təmin edilməsidir. Mayın 26-sı saat 10:00-da Hüseyn Cavid parkında baş tutacaq açılış proqramı rəsmi hissədən və musiqili, əyləncəli bədii hissədən ibarət olacaq.
“Beynəlxalq Biznes Festival”-ı çərçivəsində 26-28 may tarixində İnşaat sektorunun sahibkarları; 30 may-1 iyun tarixlərində xidmət, aqrar və qida sektorunun sahibkarları öz məhsul və xidmətlərini təqdim edəcəklər. Festival günlərində maraqlı proqram, canlı musiqi, peşəkar spikerlərin çıxışları, B2B və B2C görüşlər təşkil olunacaq.
Sərgidə iştirak və ətraflı məlumat üçün: info@kobska.az / tel: 051 230 39 35

