Rumıniyalı investor və kripto həvəskar Daniel Nita hər il 22 may tarixində qeyd edilən “Bitcoin Pizza Day”-in 13-cü ildönümünü qeyri-adi şəkildə qeyd dib. Daniel Nita, Buxarest şəhərində yerləşən “Vintage Pub Bucharest”-də 1.01 BTC (təxminən 27 000 dollar) dəyərəində 10.000 pizza sifariş verib. O, sifarişi mobil telefondan istifadə edərək Binance Pay xidməti vasitəsilə ödəyib. Daniel Nita bununla bağlı öz twitter hesabında post paylaşıb. İnvestorun postu Binance birjasının rəhbəri Changpeng Zhao (CZ) da daxil olmaqla kriptovalyuta cəmiyyətin diqqətini çəkdi. CZ buna cavab olaraq, növbəti dəfə Rumıniyada olanda yerli pizzanı dadacağına söz verib.


