Azərbaycan şirkətlərinin tanıtım sərgisi keçiriləcək

“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda 8-10 iyun tarixlərində “Baku Crystal Hall”-da yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”-un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq. 150-dən çox şirkətin qatılacağı sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılmasına dəstək, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. 

Sərgi ziyarətçiləri üçün ödənişsiz avtobus marşrutu xidmət göstərəcək. Marşrut 3 gün ərzində saat 10:00-16:30 aralığında hər iki istiqamətdə hərəkətdə olacaq. Ödənişsiz avtobusların hər birinin üzərində “Yerli şirkətlərin tanıtım sərgisi” yazılacaq. Marşrut xətləri:

  • 28 May Səməd Vurğun parkı – Sahil metro stansiyası – Baku Crystal Hall
  • Elmlər metro stansiyasının Hüseyn Cavid parkı istiqamətində çıxışı – Baku Crystal Hall
  • Nizami metro stansiyası – Baku Crystal Hall

Sərgidə ziyarətçi kimi iştirak etmək üçün www.marsolexpo.az-da qeydiyyatdan keçə bilərsiniz. Sərgiyə qatılmaq istəyən şirkətlər ətraflı məlumat üçün (+994 12) 310 15 58 və ya *0555 müraciət edə bilərlər.

Leave a Reply