Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaşlığı ilə 13-14 iyun 2023-cü il tarixlərində “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintex və Təhlükəsizlik” adlı Fintex Sammit keçiriləcək. “Fintex Sammit 2023” maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır.
Fintex Sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir. Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcəkdir.
Sammit çərçivəsində aşağıdakı mövzular müzakirə ediləcək:
- AYRILMAZ EKOSİSTEMLƏR: BANKÇILIQ VƏ FİNTEX
- ESG ÜÇÜN FAYDALI OLAN SEKTOR ÜÇÜN FAYDALIDIR
- SUPER BANK TƏTBİQİ VƏ YA SUPER FINTEX
- AÇIQ BANKÇILIQDAN AÇIQ MƏLUMATLARA DOĞRU
- “EMBEDDED” BANKÇILIQ VƏ BANKÇILIQ XIDMƏT KIMI
- MANEƏSİZ RƏQƏMSAL ONBORDİNQ
- ÖDƏNİŞLƏRDƏ NÖVBƏTİ BÖYÜK PARTLAYIŞ
- RƏQƏMSAL MÜHİTDƏ RƏQƏMSAL AKTİVLƏR
- MÜXBİR ƏLAQƏLƏR: DAYANIQLILIQ VACİBDİR
- KREDİTLƏŞMƏDƏ YENİ YANAŞMALAR
- YENİ NORMAL, YENİ TƏNZİMLƏNMƏ
- HƏR ŞEYƏ QADİR DATA
- KİBERTƏHLÜKƏSİZLİK
Tədbir haqqında ətrafılı: https://www.gbmevents.az/az/events

