Almaniya Kəşfiyyat Xidməti NFT buraxdı

Almaniya Federal Kəşfiyyat Xidməti (BND) kriptovalyuta və blokçeyn mütəxəssislərini agentliyə cəlb edilməsi kampaniyası çərçivəsində OpenSea platformasında “Dogs of BND” adlı NFT kolleksiyasını buraxdı. BND NFT kolleksiyasının əsas mövzusu olaraq alman itlərini seçib. Bu təşəbbüsün əsas məqsədi kibercinayətkarlıqla mübarizəyə kömək etmək üçün blokçeyn texnologiyasını mükəmməl bilən gənc istedadları tapmaqdır. NFT tokenlərini ancaq kodu həll etməklə əldə etmək olar, şanslı olan şəxslərə kəşfiyyat idarəsində iş təklif olunacaq.

Bir cavab yazın