Larry Fink: Bitcoin beynəlxalq aktivə çevrildi

Dünyanın ən böyük investisiya nəhənglərindən biri olan BlackRock-un baş direktoru Larry Fink bitcoin-i “qızılın rəqəmsallaşdırılması” vasitəsi və “beynəlxalq aktiv”-ə çevrildiyini bildirib. Fox Business kanalına müsahibəsində Larry Fink, bitcoin-in heç bir başqa valyutaya əsaslanmadığını və ya dəstəklənmədiyini, buna görə də BTC-nin ənənəvi aktivlərə alternativ sayıla biləcəyini söylədi. O, həmçinin qeyd edib ki, bitcoin inflyasiyanı hedcinq etmək üçün aktiv kimi çıxış edə bilər.

Leave a Reply