Rusiya Federasiyasının Dövlət Duması rəqəmsal rublun (CBDC) ölkənin bank sisteminə inteqrasiya edilməsi haqqında qanun layihəsini qəbul edib. Qanun Federasiya Şurası və Prezident tərəfindən təsdiqləndikdən sonra 2023-cü il avqustun 1-dən qüvvəyə minəcək. Qanun Rusiya Mərkəzi Bankı üçün CBDC platforma operatoru statusunu təmin edir. Mərkəzi Bank aktivlərin təhlükəsizliyinə və müvafiq pul cüzdanlarının açılmasına cavabdeh olcaq. Mərkəzi bankın direktorlar şurası həmçinin rəqəmsal rublla əməliyyatlar üçün qaydalar işləyib hazırlayacaq, əməliyyat haqlarını müəyyənləşdirəcək və banklarda müştərilər üçün texnologiyanın tətbiqi üçün son tarixlər təyin edəcək. İlkin məlumatlara əsasən yeni valyuta formasından istifadə vətəndaşlar üçün pulsuz olacaq, sahibkarlıq subyektləri üçün isə köçürmə məbləğinin 0,3%-i həcmində komissiya müəyyən ediləcək. Qanun layihəsində rəqəmsal valyutada kreditlərin verilməsi, həmçinin rəqəmsal rubllda olan balansa faizlərin hesablanmasına qadağa qoyulması nəzərdə tutulur.

