Ripple məhkəmədə SEC-ə qalıb gəldi

Ripple Labs şirkəti, XRP-nin qiymətli kağız olmadığını sübut edən ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) qarşı məhkəmədə qalib gəldi. Beləliklə, 2020-ci ilin dekabrından davam edən hüquqi qarşıdurma Ripple Labs şirkətinin xeyrinə başa çatdı. Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsi iyulun 13-ü belə nəticəyə gəlib ki, XRP tokenlərinin satışı investisiya müqavilələrinin təklifi və həyata keçirilməsini təşkil etmir. Bununla da, məhkəmə, XRP satışının investisiya müqavilələri təklifi olmadığını qəbul etdi. Bu o deməkdir ki, XRP qiymətli kağız hesab edilmir. Lakin məhkəmənin qərarına əsasən, XRP tokenlərinin iri sənaye oyunçularına satılması ABŞ-ın qiymətli kağızlar qanunlarını pozub.

Məhkəmə qərarından sonra XRP-nin qiyməti 98% artaraq 0,938 dollara qədər dəyər qazanıb. İri kriptovalyuta birjaları – Binance, Coinbase, Kraken, Gemini, Bitstamp öz platformalarında Amerika müştəriləri üçün XRP-ni relistinq etdilər.

Leave a Reply