Robert Kennedy: Övladlarım üçün 14 bitcoin aldım

ABŞ-da demokratlar partiyasından prezidentliyə namizəd olan Robert F. Kennedy Jr. 7 övladının hər birininə 2 bitcoin olmaqla ümumilkdə 14 BTC aldığını etriaf edib. O, bunu Twitter Spaces-də “The Wolf of All Streets” podkastına ev sahibliyi edən podkaster Scott Melker ilə söhbəti zamanı bildirib.

Robert Kennedy: “Yeddi uşağımın hər biri üçün iki bitcoin aldım. İndi mən kriptovalyuta investoruyam. Əminəm ki, indi [media] mənə hücum etmək üçün başqa bir yol tapacaq, amma heç kim mənim pulumu dediklərimə yatırmadığımı deyə bilməyəcək.”

R.Kennedi bitcoin-i “azadlıq valyutası” adlandırıb və rəqəmsal qızılı ənənəvi maliyyə sisteminə alternativ olduğunu qeyd edib. O, həmçinin ABŞ tənzimləyici orqanlarını ölkədə bank böhranına səbəb olan “kriptovalyutalara qarşı müharibə”yə görə tənqid edib.

Leave a Reply