Avropada ilk bitcoin spot ETF istifadəyə verildi

Britaniyanın Jacobi Asset Management şirkəti bitcoin-ə əsaslanan Avropanın ilk birja fondunu (ETF) istifadəyə verib. Bu ETF Euronext Amsterdam fond birjasında BCOIN tikeri altında siyahıya alınmışdır. Bitcoin Spot ETF investorlara birbaşa kriptovalyutaya sahib olmadan “bitcoin bazarına” investisiya etmək imkanı verir. BCOIN, real vaxt rejimində bitcoin-in orta qiymət məlumatlarına daxil olmaq üçün “FT Wilshire Bitcoin Blended Price Index”-dən istifadə edir.

Jacobi Asset Management-in baş direktoru Martin Bednall: “Bitcoin Spot ETF institusional investorlara bitcoin-ə asan, təhlükəsiz və şəffaf girişi təmin etmək üçün yaradılmışdır. Əminik ki, bu kriptovalyuta ETF-nin istifadəyə verilməsi böyük maliyyə institutları səviyyəsində rəqəmsal aktivlərin qəbulu üçün katalizator olacaq”.

Leave a Reply