Əvvəllər Twitter kimi tanınan X şirkəti ABŞ-da rəqəmsal ödəniş xidməti göstərmək üçün tələb olunan lisenziyanı alıb. NMLS lisenziya sisteminə əsasən, X şirkəti üçün lisenziya avqustun 28-də təsdiq edilib. Bu lisenziya rəqəmsal aktivlərlə bağlı xidmətlər göstərmək üçün tələb olunurdu. Twitter-in hansı kripto ödəniş funksiyalarını aktiv edəcəyi hələ ki, məlum deyil lakin yeni lisenziyanın alınması rəqəmsal aktivlərin platformada gələcəyi üçün müsbət əlamətdir.
