Azərbaycan-Türkiyə Fintech Forum 2023

6 sentyabr tarixində Baku Marriott Hotel Boulevard-da “Türkiyə – Azərbaycan Fintech Forumu 2023” tədbiri keçiriləcəkdir. Azərbaycan Maliyyə Texnologiyaları Assosiasiyası və Türkiyə Ödəniş Birliyinin iştirakı ilə keçirilən forum iki ölkənin maliyyə texnologiyaları sahəsində ən son inkişafları və yenilikləri bölüşmək üçün təşkil edilir. Forumda transsərhəd ödəniş həllərindən, “indi al sonra ödə” modellərinə qədər iki ölkənin ekosistemində əməkdaşlıq imkanları müzakirə ediləcək. Tədbirin təşkilatçısı olan Fintech Innovation Hub – FTIHUB innovativ ideyaları və həlləri bir araya gətirərək iştirakçılar üçün güclü əməkdaşlıq şəbəkəsi yaratmağı və rəqəmsal maliyyənin gələcəyini formalaşdıracaq imkanları araşdırmağı hədəfləyir.

Leave a Reply