Sentyabr ayının 28-30-da Bakı Ekspo Mərkəzində müxtəlif sahələri təmsil edən 100-dən çox Çin şirkətinin iştirakı ilə “Çin şirkətləri və məhsulları sərgisi” təşkil olunacaq. Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribütorlar axtarır. Yeni biznes qurmaq, məhsul çeşidlərini genişləndirmək və yeni məhsullar satmaq üçün bu imkandan hər kəs faydalana bilər. Sərginin təşkilatçıları “Shanghai Kanchen Exhibition Co.LTD” və “International Club of Manufacturers, Exporters and Importers LLC” şirkətləridir. Tədbir çərçivəsində Çin şirkətlərinin nümayəndələri ilə birbaşa görüşlər keçirilməsi planlaşdırılır.
Sərgidə iştirak üçün qeydiyyat https://az.b2bagro.ru/china-sergi-2023 linki vasitəsilə mümkündür. Yalnız qeydiyyatdan keçmiş ziyarətçilərə sərgidən 3-4 gün öncə Çin şirkətlərinin siyahısı və sərgi proqramı göndəriləcək.

