X sosial şəbəkəsinin (keçmiş Twitter) perspektivli funksionallığının təqdimatı @X Client Council rəhbərlərinin ilk iclasında baş tutub. X-in yeni rəhbəri Linda Yaccarino forumda çıxışı zamanı yeni tətbiqlər və şəbəkəni universal ödəniş tətbiqinə çevirəcək məhsulların yol xəritəsi haqqında danışıb. Linda Yaccarino qeyd edib ki, sosial şəbəkə məzmun və təhlükəsizlik sahəsində işləməklə yanaşı, maliyyə məlumatlarının mübadiləsi üçün hərtərəfli platformaya çevrilməyi hədəfləyir. Onun sözlərinə əsasən, şirkət artıq bu istiqamətdə ilk addımları atıb. X platforması həm fiat, həm də rəqəmsal aktivlərdə ticarət xidmətləri göstərmək və ödəniş xidmətləri göstərmək üçün ABŞ tənzimləyicilərindən lisenziya alıb.
Məlumat üçün qeyd edək ki, X sosial şəbəkəsinin yeni CEO-su Linda Yaccarino bu vəzifədən əvvəl NBCUniversalс şirkətinin reklam bölməsinin rəhbəri olub.

