Azərbaycan mediasında özünəməxsus yeri olan onlayn xəbər kanalı APA TV-də kriptovalyuta mövzusu maliyyə və kriptovalyutalar üzrə ekspert Elnur Quliyev ilə müzakirə edilib. Ekspert bitcoin-in qiymətinin kəskin bahalaşmasının səbəbləri və kriptovalyuta bazarında “buğa” dövrünün nə vaxt başlaması barədə sualları cavablandırıb.
APA TV internet televiziyası 2013-cü ildə təsis edilib. APA TV-də ictimai-siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər təqdim olunur. Televiziya hər gün saat 10:00-dan 00:00-a qədər efir yayımını həyata keçirir. Sosial platformalarda isə 24 saat fəaliyyət göstərir. Kanalın Azərbaycanın bölgələrində və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.
