Mərkəzi Bank, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Fintex Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 26-da “Baku Fintech Forum 2023” keçiriləcək. “Baku Marriott Hotel Boulevard”-da təşkil edilən tədbirdə yerli və beynəlxalq fintex liderləri bu sahənin son trendləri, yenilikləri haqqında danışacaqlar. Tədbir müddətində onlar həm də fintex sahəsinin gələcəyi, maliyyə sektorundakı təsirləri haqqında müzakirlər aparacaqlar. Forum çərçivəsində “Fintek ekosistemi – gələcəyə baxış”, “Maliyyə sektorunda hüquq və əməkdaşlıq”, “Fintek sahəsinə yatırımlar imkanı”, “Fintek stastaplarının inkişafı”, “Rəqəmsal bank sistemi” mövzularında panel sessiyaları keçiriləcək.

