CoinMarketCap.com-a əsasən 02.11.2023 tarixinə kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümumi bazar kapitalizasiyası 1 trilyon dollardır. Bitcoin-in qiyməti 35.282 dollar, bazar kapitalizasiyası 689 milyard dollarla ümumi bazar kapitalizasiyasının 52%-ni təşkil edir. “Top 10”-da olan kriptovalyutaların qiymətləri:

Noyabrın 1-də ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot faiz dərəcəsi diapazonunu illik 5,25-5,5% səviyyəsində saxladı. Bu qərar bazar gözləntiləri ilə üst-üstə düşdü. Dolayı yolla kriptovalyuta sektoru üçün də müsbət təsir göstərdi. Hətta bitcoin gecə saatlarında 35.984 dollara qədər dəyər qazandı. FRS-in məlumatına əsasən: “ABŞ-ın bank sistemi sağlam və sabitdir. Bizneslər üçün sərt maliyyə və kredit şərtləri iqtisadi fəaliyyətə, işə qəbula və inflyasiyaya aşağı istiqamətli təzyiq göstərəcək. Burdan belə nəticə çixir ki, ABŞ-da inflyasiya yüksək olmasına baxmayaraq, işsizlik aşağı olaraq qalır və iqtisadi fəallıq sürətlə böyüməyə davam edir.