Gürcüstan Mərkəzi Bankı rəqəmsal lari üçün Ripple ilə müqavilə imzaladı

Gürcüstan Milli Bankı (NBG) kriptovalyuta şirkəti Ripple Labs-ı rəqəmsal milli valyuta (Central Bank digital currency, CBDC) pilot layihəsi üçün rəsmi texnologiya tərəfdaşı seçdi. Ripple Labs şirkətini tərəfdaş kimi seçmək qərarı, şirkətin “rəqəmsal lari” (Digital GEL) yaratmaq üçün hərtərəfli həllər təmin etmək qabiliyyəti ilə əlaqədar olub. Bundan sonra Gürcüstanda rəqəmsal milli valyutadan istifadənin dövlət sektoru, biznes və pərakəndə istifadəçilər üçün potensial faydaları praktiki olaraq qiymətləndiriləcək.

Gürcüstan Milli Bankının birinci vitse-prezidenti Natia Turnava: “Biz “Digital Lari” pilot layihəmiz üçün Ripple-ı rəsmi texnoloji tərəfdaş kimi seçməkdən məmnun olduq. Komitə Ripple Labs şirkətini texniki imkanları və komandasının təcrübəsinə görə seçdi. Ripple-ın davamlı inkişafını səbirsizliklə gözləyirik və bütün digər iştirakçı şirkətlərə seçim prosesinə göstərdikləri maraq və səylərə görə minnətdarıq”.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply