Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi (NAPP) CoinPay kriptovalyuta birjasına fəaliyyət göstərməsi üçün lisenziya verib. Bu, artıq ölkədə belə fəaliyyət üçün ikinci lisenziyadır. Cari ilin iyun ayında Özbəkistan hakimiyyəti BƏƏ-nin Lockton Solution LLC-FZ broker firmasının törəmə şirkətinə kripto fəaliyyət üçün lisenziya vermişdi.
