Azərbaycanda ən çox dinlənilən radio kanalı İctimai Radionun (90FM) “İdarəetmənin əsasları” verlişində hazırda aktual mövzulardan biri olan kripto investisiyalar müzakirə edilib. Verlişdə Nərmin Aşurzadə ilə birgə rəqəmsal investisiyalar, kriptovalyutaların tənzimlənməsi, UNEC Biznes Məktəbində rəqəmsal valyutaların tədrisi, və s. mövzular müzakirə edilib. Maliyyə və kriptovalyutalar üzrə ekspert, kriptoinvest.az portalı və Crypto Consulting MMC-nin təsisçisi, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bu mövzuda olan aktual sualları cavablandırıb.
”İdarəetmənin əsasları” İctimai Radionun ən maraqlı verlişlərindən biridir və həftəiçi hər gün saat 13:00-da yayımlanır. Verlişdə dünyada və Azərbaycanda baş verən hadisələr, biznes, idarəetmə, investisiyalar və gündəmdə olan aktual mövzular peşəkar ekspertlərlə birgə müzakirə edilir.


